Aran rayonlarından Abbas Atilayın fotoları

Zərdab rayonunda köç ailəsi. Onlarla ailə hər il qışlağa gəlir. Bu ailələrin bəziləri öz heyvanlarını Zərdaba gətirir, digərləri isə pul müqabilində fermerlərin heyvanlarını otarırlar. Zəhra heyvan otararkən beyin təzyiqi olan qardaşını belində gəzdirir. Bu cür ailələrin övladları çox zaman təhsildən uzaq qalır.

Tərtər rayonunun Borsunlu kəndindən maraqlı görüntü. Üzərində Cristiano Ronaldo-nun şəkli əks olunmuş köynəyi geyinən oğlan.

İmişli rayonunun Bəhramtəpə qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış yeri

İmişli rayonunun Bəhramtəpə qəsəbəsində heyvanları üçün ot biçən məcburi köçkün.

Beyləqan rayonunun Təzəkənd kəndində atı şahə qaldıran kəndli

İmişli rayonunun Göbəktala kəndində yol kənarında Araz çayından tutulan balıqları satan uşaq. O, boş vaxtını belə keçirir.

İmişli rayonunun susuzluqdan əziyyət çəkən Məhəmmədi kəndində su daşıyan uşaq maşının güzgüsündən belə görünür.

Sabirabadın Qaralar kəndində günorta namazının əzanını verən yeniyetmə.

Sabirabad rayonu. Ot biçini vaxtı sahəyə gedən kəndlinin yerə əks olunmuş görüntüsü.

Sabirabadın Axısxa kəndində çayxana.

Sabirabadın Ətcələr kəndi.

İmişlinin Sarıxanlı kəndi. Kəndli nəfəs almaqda çətinlik çəkən atının burnundakı artıq əti kəsir.

İmişli rayonunun Sarıxanlı kəndi. Kəndli üfüqdə atı dörd nalla çapır.

Salyan rayonunun kəndlərindən biri. Sakinlər kəndin bir yanından digərinə getmək üçün bu körpünün üstündən keçirlər.

Tərtər rayonunun Sarıxanlı kəndində Mədəniyyət Evi.

Tərtər rayonunun Sarıxanlı kəndində Mədəniyyət Evi.

Sabirabadın Qaralar kəndi. Kəndin yeniyetmə sakini günvurmuş qoyununu arabada evə daşıyır.

Tərtər rayonunun Borsunlu kəndi. Kənd ətrafındakı təpəlikdə heyvanlarını otaran balaca çoban.

Zərdab rayonunda qürub çağı.

Zərdab rayonunda qürub çağı.