Ana bağçada 4 yaşlı uşağına işgəncə verildiyini deyir

Lent.az-ın məlumatına görə, İnşaatçılar prospektində yaşayan Əmirova Fidan bağçada 4 yaşlı oğluna qarşı fiziki zor işlədilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib.

Qadın deyir ki, oğlu Nahidi xeyli vaxtdır ki, 11 saylı uşaq bağçasına qoyur.
Noyabrın 29-da axşamüstü uşağı bağçadan götürüb evə gətirdikdən sonra onun bədənində xəsarətlər, əlinin içində deşik görüb.

Məlum olub ki, Təranə adlı tərbiyəçi günorta yatmadığına görə, uşağa işgəncə verib.
Araşdırma gedir.