ATƏT təmas xəttində vəziyyəti araşdıracaq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 5-də Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.