Alman səyyahı Yakobstal 115 il öncə Naxçıvanı belə görüb
Yusif Küseyir turbesinin 115 il öncəki görünüşü. 1166-cı ildə inşa olunub. Memar Əcəmi Naxçıvaninin ilk əsərlərindən sayılır. Bu türbəni Mömünə Xatun türbəsinin kiçik modeli də adlandırırlar. Mömünə Xatun türbəsinin yaxınlığındadırYusif Küseyir turbesinin 115 il öncəki görünüşü. 1166-cı ildə inşa olunub. Memar Əcəmi Naxçıvaninin ilk əsərlərindən sayılır. Bu türbəni Mömünə Xatun türbəsinin kiçik modeli də adlandırırlar. Mömünə Xatun türbəsinin yaxınlığındadır
Yakobstal bu fotoda Yusif Küseyir türbəsinə aparan həyətin darvazasını əks etdirib. Şəkildə görünən hasar və darvaza hazırda yoxdur
XII yüzildən yadigar qalan Möminə Xatun türbəsi. Möminə Xatun Atabəy Eldəgizin xanımı olub. Memar Əcəmi bu sənət əsərini 11 ilə başa çatdırıb. Naxçıvan şəhərində -- indiki Qızlar Bulağı seyrangahını ərazisindədir
Mömünə Xatun türbəsini həyətinin giriş darvazası
Mömünə Xatun türbəsinin çevrəsində olan bu tikinti kompleksi hazırda yoxdur və yalnız Yakobstalın fotosunda izləmək mümkündür
Yakobstalın fotosu əsasında hazırlanmış rəsm
Cümə Məscidi. Naxçıvahdakı bu məscid XII əsrdə bütün Yaxın Şərqin ən iri dini ibadət yerlərindən biri olub. Zəmanəmizə gəlib çatmayan bu abidə 1897-ci ildə yarıuçuq vəziyyətdə belə əzəmətini qoruyub saxlamışdı
Yakobstal Mömünə Xatun türbəsinin giriş darvazasının önündə bir qrup naxçıvanlının şəklini çəkib