BVF-nin keçmiş direktoru razılığa gəlib

Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş direktoru Dominique Strauss-Kahn istefasına səbəb olmuş cinsi təcavüz iddiası ilə bağlı məhkəmədə razılığa gələ bilib.

Onunla təcavüzə məruz qaldığını iddia edən qadın arasındakı razılıq gizli qalacaq.

Dominique Strauss-Kahn 2011-ci ilin mayında Nyu-Yorkda baş vermiş hadisə ilə bağlı bir müddət həbsdə qalmışdı.