Keçmiş ABŞ prezidenti xəstəxanaya düşüb

George W. Bush

Keçmiş ABŞ prezidenti ata George Bush xəstəxanaya düşüb.

88 yaşlı Bush Texas ştatındakı Hyuston xəstəxanasındadır.

O xəstəxanaya ötən həftə düşsə də, bu barədə bu gün məlumat verilib.

Houston Chronicle qəzetinin yazdığına görə, onun həyatı təhlükədə deyil.
Ata Bush bronxit xəstəliyindən əziyyət çəkir.