Suriya hakimiyyəti ölkədə interneti kəsib

Foto arxiv

Suriya hakimiyyəti ölkədə internet əlaqəsini kəsib.

Bu barədə ABŞ-ın internet monotorinq şirkətləri xəbər verir.
«Renesys» şirkəti bunun günorta baş verdiyini deyir.

Məlumatı ABŞ-ın «Akamai Technologies» şirkəti də təsdiqləyib.

Başqa bir məlumata görə isə paytaxt Dəməşqlə beynəlxalq hava limanını arasında hökumət qoşunları ilə üsyançılar arasında ağır döyüşlər gedir.
Misirlə Dubay buna görə Suriyaya uçuşları dayandırmalı olublar.