Dəməşqdə iki partlayış olub

Suriyalı müxalif qruplar paytaxt Dəməşqin cənub-şərqində baş verən iki partlayışda azı 20 adamın öldüyünü, çoxlu yaralıların olduğunu bildirir.

Televiziya ilə yayımlanan görüntülərdə yanğınsöndürən maşınların yanmış iki maşının üstünə su püskürtdüyü görülür. Partlayışlardan bir neçə bina zərər çəkib.

Müxalif fəalların verdiyi məlumata görə, dünən Dəməşq və ətrafında baş verən qarşıdurmalarda 48 nəfər ölüb.