Natiq Əliyev: Brodı-Plotsk layihəsi üçün AB-nin dəstəyi lazımdır

Natiq Əliyev

Brodı-Plotsk neft kəməri layihəsi çərçivəsində bütün ilkin işlər görülüb. Trend-in məlumatına görə, bu barədə Varşavada jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Çərşənbə axşamı Varşavada ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası işinə başlayıb.

«Böyük həcmdə işlər görülüb. Bu neft kəmərinin tikintisi layihəsi kapital tutumludur və onun reallaşdırılmasına Avropa İttifaqının, o cümlədən Polşanın maliyyə dəstəyi göstərməsi lazımdır», Əliyev deyib.

Artıq 2013-cü ilin əvvəlində layihənin maliyyə dəstəyi üzrə qəti qərarın əldə olunması üçün Avropa Komissiyasına müraciət etməkdən ötrü ekoloji və təbiətin qorunması ilə bağlı icazələrin bu ilin sonuna kimi alınması planlaşdırılır.