Cənub bölgəsindən maraqlı anlar
Lənkəranın Siyablı kəndində avtomobil yolunu keçən qaz balalarıyla.
Cəlilabadın Muğanlı kəndində kartof yığan qadın. O, başını bağlamaqla həm gündən, həm də torpaqdan qalxan kiçik həşəratlardan qorunur. Yığım mövsümü o günün böyük hissəsini kartof sahəsində keçirir.
Kartof sahəsində işləyən cavan.
Cəlilabadın Muğanlı kəndində kartof yığımı zamanı valideynlərinə kömək edən uşaqlar.
Masallıda ot biçiminə gedən kəndli.
Cavanlarla çiyin- çiyinə, yorulmadan qış tədarükü görən qoca. (Masallı)
Təsərrüfat işləriylə məşğul olan qadın. (Masallı)
Nənə nəvəsiylə birlikdə ot biçimində çalışan adamlara baxır. (Masallı)
Cəlilabadın orta məktəblərinin birində sinif otağında riyaziyyat dərsi. Müəllim şagirdin çalışmasına nəzarət edir.
Cəlilabadın orta məktəblərinin birində sinif otağında riyaziyyat dərsi.
Cəlilabadın orta məktəblərinin birində bufet.
Astaranın Kijebə kəndində arıçılıqla məşğul olan insanlar.
Astarandakı şirin su anbarlarına tökülən kanallardan biri Kijebədən belə görünür.
Astaranın Burzuban kəndində çörək bişirən talış qadın.
Astaranın Burzuban kəndində bir həyətindən görüntü.