Psy-nin “Gangnam Style” klipi rekord vurdu

Psy və BMT-nin baş katibi l Ban Ki-moon

Cənubi Koreyalı repçi Psy-nin “Gangnam Style” videoklipi “You Tube” də rekord vurub.

Son 4 ay ərzində “You Tube” də bu klipə 805 milyon dəfə baxılıb.

Repçiyə uğur gətirən əsasən onun rəqsi hesab olunur.

BMT-nin baş katibi Ban Ki Moon bu yaxınlarda Psy ilə görüşərkən onu rəqsini yamsılamaq istəyib.

Hər gün bu klipə 7-10 milyon dəfə baxılır.

Bundan əvvəlki rekord 800 milyon baxışla kanadalı müğənni Justin Bieberin “Baby” klipində idi.

Amma o bu rekordu Psy kimi 4 aya yox, 2 ildən artıq bir müddətə yığmışdı.

http://www.youtube.com/embed/9bZkp7q19f0?feature=player_detailpage