Qazaxıstanda ilk müxalifət qəzeti bağlandı

Qazaxıstanda müxalifət qəzeti olan “Respublikanın səsi” qəzeti bağlanıb.

Belə bir qərar bu gün Alma-Atı məhkəməsində qəbul edilib.

Baş Prokurorluq bir gün əvvəl ölkədə fəaliyyət göstərən 40-a yaxın müxalifət mediası və müxalifət təşkilatının bağlanması ilə bağlı məhkəməyə müraciət etmişdi.

Məhkəmə “Respublikanın səsi” qəzetini 2011-ci ilin dekabrında Janaozen şəhərində tətil edən neft işçilərini dəstəkləməkdə təqsirli bilib.
Həmin vaxt polislər aksiyanı dağıdarkən azı 17 nəfər öldürülüb.