Dağıstanda törədilmiş partlayışda 3 nəfər ölüb

Dağıstanın Şamil-Kala qəsəbəsində törədilmiş partlayışda 2 polis və 1 mülki mütəxəssis ölüb, 1 nəfər isə yaralanıb.

Səhər saatlarında keçmiş bankın binasında partlayış baş verib.

Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələndə ikinci partlayış baş verib.
İstintaq gedir.

Bu barədə Rusiyanın informasiya agentlikləri xəbər verirlər.