Gürcüstanın keçmiş müdafiə naziri həbs edildi
Sizin brauzer HTML5-i dəstəkləmir
Beş illik mühacirət həyatından sonra noyabrın 20-də Tbilisiyə dönən Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruashvili dərhal da həbs edilib. Paytaxt məhkəməsi onun haqqında qərarını dekabrın 3-də elan edəcəyini bildirib. Rüşvət almaq və qanunsuz silahlı dəstə yaratmaq ittihamları üzləşən keçmiş nazir 2007-ci ildə ölkəni tərk edib. Özü məhkəmədə olmasa da hakim onun 11 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. (Reuters)