Fransa qoşunlarını Əfqanıstandan çıxarmağa başlayır

Noyabrın 20-də Fransa rəsmən Əfqanıstandakı döyüş əməliyyatlarını dayandırdığını və qoşunların çıxarılmasına başladığı élan edib.

Rəsmi Paris bu ilin sonuna qədər hərbi qüvvələri Əfqanıstandan çıxaracağını, təlimlər üçün qalacaq 2 min nəfərlik heyəti isə yayda geri dönəcəyini bildirib.

2003-cü ildən bəri Fransanın Əfqanıstanda azı 88 əsgəri öldürülüb.