Barack Obamanın cənub-şərqi Asiya ölkələrinə səfəri başlayıb

Barack Obama

ABŞ prezidenti Barack Obamanın cənub-şərqi Asiya ölkələrinə səfəri başlayıb.

Bu gün o Banqkokda olacaq, sabah isə ordan Myanmara yollanacaq.

Obama uzun illərdən sonra Myanmara səfər edən ilk ABŞ prezidentidir.

Myanmardan isə o regional sammitdə iştirak etmək üçün Kambocaya yollanacaq.

Şərhçilər hesab edir ki, Vaşinqton Çinin regionda nüfuzunun artması fonunda region ölkələri ilə əlaqələri möhkəmləndirmək fikrindədir.