Azərbaycanda yeni əskinaslar buraxılacaq

Azərbaycan manatı

Azərbaycanda dövriyyəyə 100 manatdan artıq yeni əskinaslar buraxılacaq.

1news.az saytının məlumatına görə, bunu Milli Məclisdə jurnalistlərə açıqlamasında
Mərkəzi Bankın direktor müavini Alim Quliyev bildirib.

O qeyd edib ki, gələcəkdə 200 və 500-lük yeni əskinaslar buraxılması planlaşdırılır, amma
hələlik konkret qərar qəbul edilməyib.