“Toyota” 2 milyon 770 min maşınını geri çağırıb

Yaponiyanın “Toyota” avtomobil konserni dünya bazarlarından 2 milyon 770 min maşınını geri çağırıb.

Buna səbəb avtomobillərin soyutma sistemindəki nasosları və sükanda aşkar edilmiş nasazlıq olub.

Konsernin məlumatına görə, bu nasazlıqlardan zərərçəkən olmasa da 400-ə yaxın şikayət daxil olub.