F.Ağamalı: «Elmə 129 milyon ayırmaqla Nobel mükafatı görməyəcəyik»

Fəzail Ağamalı

-

«Elmə 129 milyon manat ayırmaqla, biz heç zaman Azərbaycan alimlərinin Nobel mükafatı almasının şahidi olmayacağıq».

Bunu noyabrın 14-də 2013-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

O, deyib ki, elmdə ciddi islahatlar aparılmalı və bunun üçün də büdcədə ciddi vəsait ayrılmalıdır.

Deputat kənd təsərrüfatı məhsullarının təkrar emalı ilə bağlı məsələyə də toxunub. F. Ağamalı deyib ki, kənd təsərrüfatı mallarının istehsalı nə armatur, nə də «alçıpan» istehsalı deyil.

«Kənd təsərrüfatı mallarının təkrar emalına sərf edilən enerji daşıyıcılarının qiymətləri aşağı salınmalı və xarici bazara çıxarılmasına şərait yaradılmalıdır», deyə təklif edib.