5 sərhədçi narkotik qaçaqmalçılığıa görə məhkum olunub

Tacikistan məhkəməsi 5 sərhədçini narkotik qaçamalçılığna görə məhkum edib. Əfqanıstanla sərhəddəki Khatlon əyalətinin sərhəd məntəqəsində çalışan 5 hərbçi 3 ildən 21 ilə qədər həbs cəzası alıblar. Vaxş sərhəd məntəqəsinin rəisi olmuş Nizomiddin Yakubov ən ağır cəza alıb.

Bu qərarla eyni gündə MTN bildirib ki, Khatlon əyalətinin yüksək rütbəli polis zabitlərindən biri 12 kiloqram heroinlə həbs edilib.

Təkcə ötən il Tacikistanda Əfqanıstandan keçirilən 4.2 ton narkotik maddə müsadirə edilib.