İsrail Suriyadan açılan atəşə yenə cavab verib

İsrail hərbçiləri bildiriblər ki, Suriyada  hədəflərə birbaşa zərbə endiriblər.
Bu, İsrailin nəzarətində olan Golan təpələrinə Suriyadan açılan artilleriya atəşinə cavab olub.
İsrail hərbçilərinin məlumatına görə, İsrail tanklarının atəşi  Suriyadakı mobil artilleriya qurğularını hədəfə alıb.
Bu, artıq ikinci gündür ki, İsrail Suriyadan açılan atəşə cavab verir. 
İsrilin məlumatına görə, Suriyadan gələn mərmilər İsraildəki hərbi  hədəfləri vurmağa nəzərdə tutulmasa da, İsrail bu atəşə cavab verməkdə davam edəcək.