Sloveniyada prezident ikinci turda seçiləcək

Sloveniyada prezident seçkisi ikinci tura qalıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, noyabrın 11-də keçirilən ilk turda keçmiş baş nazir Borut Pahor önə çıxıb. O, seçicilərin 40 faizinin səsini qazanıb.

İndiki prezident Danilo Turk 35 faiz səslə ikinci olub.

İkinci tur dekabrın 2-də keçiriləcək.