Suriya müxalifətinin yeni lideri Mouaz al-Khatibdir

Suriyada Bashar Assad hakimiyyətinə qarşı müxalifət qruplarının Qətərin paytaxtı Dohada keçirilən toplantısınıda yeni müxalifət koalisiyasının rəhbərliyinə Mouaz al-Khatib seçilib.
Riyad Sayf və Suhair al-Attasi isə onun müavinləri seçilib.

1960-cı ildə Dəməşqdə doğulan Mouaz al-Khatib sünni din adamlarından biri kimi tanınır. O, Assad hakimiyyətinə qarşı müxalifətin əsas simalarından sayılır. Mouaz al-Khatib 2011 və 2012-ci ildə bir neçə dəfə həbs olunandan sonra buraxılmışdı. O, iyul ayında Misirin paytaxtı Qahirəyə getmişdi.

Suriya müxalifətinin toplantısında Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu da iştirak edib.