Suriya müxalifəti birləşir

Foto arxiv

Suriya müxalifət qruplarının liderləri Qətərdə keçirilən toplantıda vahid koordinasiya orqanı yaratmaq razılığına gəliblər.

Bu barədə konfrans iştirakçıları xəbər verirlər.

Xaricdə və ölkə daxilində yaşayan müxalifətçilərdən təşkil olunacaq yeni orqan “ Suriya milli müxalifət və inqilab qüvvələri kolaisiyası” adlanacaq.

Bu gün toplantıda yeni orqanın rəhbəri və onun müavini seçilməlidir.

ABŞ və Suriya müxalifətini dəstəkləyən ölkələr bundan əvvəl müxalifət qüvvələrini prezident
Bashar Assad rejiminə qarşı mübarizədə birləşməyə çağırmışdılar.