Türkiyənin Hakkari vilayətində 42 kürd yaraqlısı öldürülüb

Foto arxiv

Türkiyə ordusunun ölkənin cənub-qərbindəki Hakkari vilayətində keçirdiyi əməliyyat zamanı 42 kürd yaraqlısı öldürülüb.

APA-nın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, 3 gün davam edən əməliyyatda xüsusi təyinatlı birləşmələr, vertolyot və təyyarələrdən istifadə edilib.