4 ildə 1000-dən çox polis cəzalandırılıb

-
Vətəndaşların hüquqlarını pozduğuna görə son 4 ildə 1169 polis əməkdaşı cəzalandırılıb.

Bunu Daxili işlər nazirinin (DİN) müavini Oruc Zalov ATƏT-lə Mətbuat Şurasının birgə keçirdiyi seminardakı çıxışında səsləndirib.

Nazir müavini onlardan 86 nəfərinin nazirlik strukturlarından xaric, 18 nəfərin isə cinayət məsuliyyətinə cəlb edildiyini deyib.