ABŞ seçkilərindən gözləntilər… [Video]

Noyabrın 7-də «İşdən sonra» proqramında vaşinqtonlu bloqqer Sam DuPont və siyasi şərhçi Zəfər Quliyev Barack Obama-nın seçki qələbəsindən gözləntilərini açıqlayıblar.
-
Sam DuPont:

«Seçkilər dövrü başlayanda görünürdü ki, əsas məsələ nədən ibarət olacaq? Məsələ o idi ki, iqtisadiyyatın vəziyyəti necə olacaq. Seçkiyə 5-6 ay qalmış demək olmazdı ki, kim qalib gələcək. Amma son dönəmdə Obama-nın şansının çox olduğu artıq hiss olunurdu. Mən də Bakıda olmağıma baxmayaraq, səs verdim və kimə səs verdiyimi deməməyə üstünlük verirəm. Amma seçkinin nəticələrindən razıyam».

Zəfər Quliyev:

«Mən şəxsən Obama-nın qalib gəlməsini Azərbaycan üçün daha uğurlu hesab edirəm. Çünki Azərbaycan üçün daha vacibdir ki, onun ətrafında siyasi bir fon olsun. ABŞ-Azərbaycan münasibətlərindəki əvvəllər hökm sürən o gərginlik aradan götürülüb. Münasibətlər inkişaf etməkdədir. Obama-nın qalması və bu siyasəti davam etdirməsi Azərbaycan üçün daha uğurlu olar».

http://www.youtube.com/embed/gejJA7eXxNQ?rel=0