Dəməşq ətradfında törədilmiş partlayışda azı 10 adam ölüb

Suriyanın paytaxtı Dəməşq ətrafında törədilmiş partlayışda azaı 10 nəfər ölüb, 40-a yaxın adam isə yaralanıb.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Suriyanın rəsmi kütləvi informasiya vasitələri məlumatı təsdiqləsə də itkilər barədə dəqiq məlumat vermir.