2013-cü ilin büdcə layihəsinin müzakirəsi başlayıb

-

Noyabrın 6-da Milli Məclisin 5 komitəsində gələn ilin büdcə layihəsinin müzakirəsi başlayıb.

Nazir və komitə rəhbərlərinin də iştirak etdiyi iclasda 2013-cü ilin büdcə layihəsi ilə bağlı maliyyə naziri Samir Şərifov çıxış edib. O, ötən illə müqayisədə gələn ilin büdcə zərfinin daha geniş olduğunu deyib.

Müzakirələr davam edir.

2013-cü ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard, xərcləri isə 24 milyard manat proqnozlaşdırılır.