Gecə sizi qara basanda ən çox hansı rəsmini görürsünüz?

John Henry Fuseli - Gecə qara basması . 1781

Hotel biznesi qrupu olan Travelodge Britaniyada 2 min adam arasında sorğu keçirib ki, gecə yuxularında onları qara basanda ən çox kimi görürlər?

Tamam başqa məqsədlə keçirilən sorğuda gözlənilmədən məlum olub ki, ən çox yuxulara girən rəsmi şəxs - Britaniyanın maliyyə naziri George Osborne-dur.

Xatırladaq ki, Osborne sosial xərclərdən kəsdiyinə və ictimai sektorda maaşları dondurduğuna görə cəmiyyətdə kəskin narazılıq doğurur.

George Osborne - sağda


Osborne indiki hakim partiyadandır.
Gecə qarabasmalarında ikinci yeri tutan digər rəsmi şəxs isə rəqib partiyadan keçmiş baş nazir Gordon Browndur.

Travelodge sorğunun bu nəticələrini belə izah edir:

“ gecə qara basmasına maliyyə nazirinin, pulun cəlb olunması iqtisadi tənəzzülün bizim pulumuza və rifahımıza necə təsir etdiyinə bizim reaksiyamızdır”.

Görəsən, Azərbaycanda qarabasmalarda ən çox hansı siyasətçini ya rəsmi şəxsi görürlər?