Xəzərdə zəlzələ olub

Xəzər dənizi

-
Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ dünən 22:24-də Qaladan 22 km şərqdə, Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.20, dərinliyi 52 km olub.

Zəlzələ hiss olunmayıb.