Əli Həsənov:"Qəbələ RLS-i ilə bağlı danışıqlar gedir"

Əli Həsənov

Hazırda Rusiya tərəfi ilə Qəbələ RLS-in icarə müddətinin bitməsi, müqavilənin uzadılması, icarə haqqı, stansiyanın ətraf mühitə vurduğu ziyanın kompensasiya edilməsi və stansiyadan istifadənin Azərbaycanın dünya və region ölkələri ilə münasibətlərinə təsiri araşdırılır”.

Bunu ANS-PRES-ə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O qeyd edib ki, Azərbaycanın Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi hazırda Rusiyanın müvafiq qurumları ilə danışıqlar aparır və danışıqların nəticəsindən aslı olmayaraq Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri davam etdiriləcək.