Şirvan stansiyasında 3 vaqon relsdən çıxıb

Foto arxiv

Şənbə günü Şirvan stansiyasında yük qatarının üç vaqonu relsdən çıxıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yük qatarı stansiyada manevr edərkən üç vaqon relsdən çıxıb, zərərçəkən yoxdur.

Vaqonlardan biri boş, ikisində isə şəkər olub.

Hadisə stansiyadan kənarda baş verdiyindən qatarların hərəkətinə təsir göstərməyib.