Pakistanda törədilmiş partlayışda azı 18 adam ölüb

Foto arxiv

Pakistanın Bəlucistan əyalətindəki müvəqqəti benzinsatma məntəqəsində baş vermiş atışma və partlayış nəticəsində azı 18 adam ölüb.

Ətrafdan ötən bir qrup adam benzindaşıyan maşınları atəşə tutub və nəticədə bir neçə maşın partlayaraq yanıb.

Ölənlərdən 8-i qadın, 2-si isə uşaqdır.
İstintaq gedir.

Bəlucistanda xeyli belə yanacaq məntəqələri fəaliyyət göstərir və satılan yanacaq qaçaq yolla İrandan gətirilir.

Bu bölgədə bir neçə separatçı qrup fəaliyyət göstərir.