Slovakiyada tikilən körpü uçub, ölənlər var

Slovakiyanın şərqində tikilməkdə olan körpünün uçması nəticəsində 3 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Xəsarət alanlardan 3-ü ağır vəziyyətdədir.

Ölkənin qərbi ilə şərqini birləşdirən körpü
avtomagistralda tikilir.