Bakıda daha bir yol təmirə bağlanıb

Bakıda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, təmir tikinti işləri ilə əlaqədar olaraq Abbas Mirzə Şərifzadə küçəsi ilə Mətbuat prospektini birləşdirən Nazim Hikmət küçəsi müvəqqəti olaraq bağlanıb.

Bu istiqamətdə hərəkət edən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.