Nigar Yaqublunun işi məhkəməyə göndərilib

Nigar Yaqublu

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun işi Abşeron Rayon Məhkəməsinə göndərilib.

APA-nın məlumatına görə, işə hakim İlham Kərimov baxacaq.

Məhkəməyə hazırlıq iclasının vaxtı isə yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Nigar Yaqublu sentyabrın 11-də saxlanılıb.

Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Nigar Yaqublu Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə həbs edilib.

İstintaqın gəldiyi nəticəyə görə qəza vaxtə sükan arxasında o olub.