Bakı Bulvarında növbəti pulsuz attraksion aksiyası

Arxiv foto

Arxiv foto

Oktyabrın 31-i saat 13:00-dək uşaqlar üçün attraksionlar ödənişsiz olacaq.

Bakı bulvarında uşaqlar üçün növbəti pulsuz attraksion aksiyası keçirilir. Dənizkənarı Bulvar İdarəsindən bildiriblər ki, uşaqlar saat 09:00-dan 13:00-dək park ərazisindəki attraksionlarda və qatarlarda heç bir ödəniş etmədən əylənə biləcəklər. Aksiyada 15 yaşına kimi olan uşaqlar iştirak edəcəklər.

Məqsəd imkansız ailələrin uşaqlarının da attraksionlardan istifadə etməsinə şərait yaratmaqdır.