Rusiyada Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən polislər saxlanılıb

Moskvada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən 3 polis əməkdaşı və onların bir tanışı saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı idarəsinin məlumatına görə, polislər post-patrul xidmətinin əməkdaşları olub. .

İstintaqın məlumatına görə, sentyabrın 5-dən 6-a keçən gecə onlar Azərbaycan vətəndaşına məxsus maşınla şəhər ətrafına gedirmişlər. Yolda onların arasında mübahisə düşüb. Onlar azərbaycanlı sürücünü öldürüblər. Cəsədini gizlədiblər, maşını isə satmağa çalışıblar.