Azərbaycanda pensiyalar 15-20 faiz artırıla bilər

Foto arxiv

2013-cü ildə Azərbaycanda pensiyalar 15-20 faiz artırıla bilər.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

O qeyd edib ki, hazırda bütün səylər icbari sosial sığorta və əməkhaqqının leqallaşdırılmasına yönəlib ki, bu 2013-cü ildə sosial sığorta üzrə yığımların 10 faiz artmasına səbəb olacaq və bu pensiyaların artırılmasına imkan yaradacaq.