Bulvarda attraksionlar pulsuz olacaq

-
Bakı bulvarında uşaqlar üçün növbəti pulsuz attraksion aksiyası keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə, aksiya oktyabrın 31-də baş tutacaq.

Uşaqlar saat 09:00-dan 13:00-dək park ərazisindəki attraksionlarda və qatarlarda heç bir ödəniş etmədən əylənə biləcəklər. /ANS/