Suriyada vəziyyət lap pisləşir

Suriyadakı vəziyyət ağırdır və getdikcə pisləşir. BMT və Ərəb LiqasınınSuriya üzrə xüsusi elçisi Lakhdar Brahimi MOskvada Rusiya Xarici İşlər naziri Sergei Lavrovla görüşdən sonra belə deyib.

Brahimi deyib ki, Qurban bayramı ilə atəşkəs təklifinin baş tutmaması üzündən həvəsdən düşmək niyyətində deyil və qırğına son qoymaq üçün cəhdlərini davam etdirəcək.

Suriyada döyüşlər oktyabrın 29-da davam edib. Dövlət mediası terrorçuların maşına yerləşdirdiyi bombanın partlaması nəticəsində Dəməşqdə 10 nəfərin öldüyünü bildiriblər.