Yəməndə ABŞ pilotsuz təyyarələrinin hücumunda 3 adam ölüb

Yəmənin qərbində pilotsuz təyyarələrin hava zərbələrindən üç adam öüb. Bu barədə yerli polislər məlumat verib.

Ölənlərdən ikisinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu güman edilir.

Bəzi məlumatlara görə, Əl-Qaidənin yerli rəhbəri Hadi al-Tais hücumun hədəfi olub.

ABŞ-ın pilotsuz təyyarələri Yəmənin cənub hissəsində yaraqlıları hədəfə alan hava hücumlarına yer versə də, Səudiyyə Ərəbistanı ilə sərhədə yaxın ərazidə belə hücumun aparılması ilk dəfədir.

ABŞ hələlik məlumatı şərh etməyib.