Nigeriyada xristianlarla müsəlmanlar toqquşub,ölənlər var

Nigeriyanın şimalında xristian kilsəsində törədilmiş partlayış və bundan sonra baş vermiş toqquşmalar nəticəsində azı 8 adam ölüb, 100-dən çox adam yaralanıb.

İntiharçı minalanmış maşını kilsəyə çırpib.

Bundan qəzəblənən yaraqlı xristianlar isə küçələrə çıxaraq müsaəlmanlara hücum etməyə başlayıblar.

1 nəfərin diri-diri yandırıldığı bildirilir.

Hadisə yerinə göndərilən polis qüvvələri kütlənin qarşısını kəsib.