Tibetdə daha bir gənc özünü yandırıb

Tibetin Qansu əyalətində gənc özünü yandırıb.

Bu həftə ərzində Tibetdə baş verən 4-cü belə hadisədir.

“Tibetin Beynəlxalq Müdafiəsi Təşkilatı” 2011-ci ildən bu yana Tibetdə Çin hakimiyyətinə etiraz olaraq onlarla belə hadisə baş verdiyini deyir.

Qansu əyalətinin rəhbərliyi bu cür aksiyalara hazırlıq barədə məlumat verənlərə mükafat vəd edib.