Məsciddəki partlayışda azı 32 adam ölüb

Bu gün Əfqanıstanın şimalındakı Maymana şəhərində məsciddə baş verən partlayışda azı 32 adam ölüb. Partlayışı intiharçı törədib.

Polisin məlumatına görə, ölənlərdən 17-si dinc sakin, 15-i təhlükəsizlik qüvvələrinin əməkdaşı olub.

Terror aktı dini ayin zaman həyata keçirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.