Suriya təyyarələri üsyançıları bombalayır

Oktyabrın 23-də gün boyu Suriya təyyarələri üsyançıların cəmləşdiyi şimal-qərbdəki Maaret al-Numan şəhərini bombalayıblar. Hökumət qoşunları hazırda Hələb və Dəməşq şəhərləri arasındakı yolun üstündəki yaraqlıları dağıtmağa çalışırlar. Bu şəhər Bashar Asada sadiq qüvvələrin bir-biri ilə əlaqə yollarının üstündə yerləşir.

Bu gün Suriya tərəfdən atılan bir mərmi də Türkiyədə xəstəxanaya düşüb. Xəsarət alan olmayıb.

BMT-nin xüsusi elçisi Lakhdar Brahimi Cümə gününə təsadüf edən Qurban bayramı ilə bağlı atəşkəs elan edilməsinə çağırmışdı. Hər iki tərəf təklifi alqışlasa da, atəşkəsə sadiq qalacaqları haqda qərar verməyiblər.