Əsgər ölüb

-
Azərbaycan Ordusunun Ağdam rayonunda yerləşən hərbi hissəsində ölüm hadisəsi baş verib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 19-da əsgər Əliyar Zülfüqarov tabeliyində olan silahdan açılan atəş nəticəsində ölüb.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Əliyar Zülfüqarovun hərbi xidmətə bu ilin aprel ayında İsmayıllı rayonundan çağırıldığı bildirilir.