Neft şirkətinin rəhbəri korrupsiya ittihamı ilə saxlanıb

Arxiv foto.



Rusiya Daxili İşlər Nazirliyi özəl TNK-BP şirkətinin yüksək vəzifəli şəxsinin saxtakarlıq ittihamı ilə saxlandığını bildirir. Oktyabrın 19-da yayılan rəsmi məlumatda deyilir ki, ittiham onun şirkətdəki vəzifəsi ilə deyil, bundan əvvəlki regional icra hakimiyyəti postunda işlədiyi dövrlə əlaqədardır.

Nazirliyin məlumatına görə saxlanan İqor Korneyev Rusiyada üçüncü ən böyük neft istehsalçısı olan TNK-BP şirkətinin dövlət orqanları ilə iş üzrə şöbəsinə rəhbərlik edir. Bundan bir ay əvvəl isə o, İrkutskda yerli hakimiyyət orqanına rəhbərlik edərkən iki iş adamından 3 milyon dollar alaraq onlara federal dövlət orqanlarında yüksək vəzifə vəd edib.

TNK-BP şirkəti həm də hazırda həm də Rusiyada hökumətin nəzarətində olan Rosneft şirkəti ilə qazanc üstündə məhkəmə çəkişməsindədir.