Qırğızıstanda terror şübhəsi ilə 5 nəfər saxlanılıb

Qırğızıstan Təhlükəsizlik Nazirliyi 5 nəfəri saxlayıb. Onlar Bişkekdə terror aktı törətməkdə cəhddə ittiham olunurlar.

Axtarış zamanı onların evindən silah-sursat, qadağan olunmuş ədəbiyyat çıxıb. Terror aktlarının hədəfi dövlət orqanları olacaqmış. Faktla bağlı cinayət işi açılıb.